Şəmkirdə maşın dirəyə çırpılıb, iki nəfər ölüb

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.
 
1986-cı il təvəllüdlü rayon sakini Seyidov Namiq İlqar oğlunun idarə etdiyi avtomobil yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1961-ci il təvəllüdlü Cabbarova Rübabə Əli qızı və 1964-cü il təvəllüdlü Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri