Suranın intiharı ilə bağlı Qafqaz universitetindən başsağlığı
- 28.08.2014, 19:49,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gənc müğənni intihar edən vaxt tələbə yoldaşı da naməlum şəraitdə ölüb
Qafqaz Universitetinin iki tələbəsi dünyasını dəyişib.
Universitetdən ANS-ə verilən məlumata görə, rektorluq Amil Əsgərovun və Sura Əsgərlinin vəfati ilə bağlı başsağlığı verib:
“Dəyərli iki tələbəmiz - Amil Əsgərovun və Sura Əsgərlinin faciəvi vəfatı xəbərini böyük təəsürlə duyurur, Qafqaz ailəsinə dərin hüzünlə başsağlığı, mərhum tələbələrimizin ailələrinə və sevənlərinə səbr diləyirik.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, Sura Əsgərli gənc müğənni olub. Bir neçə gün öncə Suranın intihar xəbəri yayılıb. Mərhum özünü asaraq intihar edib. Yaxınları Suranın niyə intihar etməsini bilmədiklərini söyləyirlər.