Eldar Qasımov və Fərid Məmmədov bu gün Milli Parkda konsert verəcəklər

Eldar Qasımov və Fərid Məmmədov bu gün Milli Parkda konsert verəcəklər Bu gün, mayın 24-də, Dənizkənarı Milli Parkda Azərbaycanın “Evrovision” təmsilçiləri Eldar Qasımovun və Fərid Məmmədovun iştirakı ilə konsert proqramı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdən öncə Yaponiyadan dəvət edilmiş incəsənət ustası Sakakura Katsuminin iştirakı ilə “Hər kəs qaranlıqda görünməlidir” adlı teatr tamaşası da nümayiş olunacaq.

Tədbirin açılışında gənclər və idman naziri Azad Rəhimov, Daxili İşlər Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, konsert aprel ayından başlayan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə “Qaranlıqda görün” şüarı altında “İşıqlı həyat” sosial yönümlü layihə əsasında təşkil olunub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri