Günay xəyanətdən danışdı

Günay xəyanətdən danışdı Müğənni Günay İbrahimli xəyanətdən danışıb.


Sənətçi əməkdaşımızla söhbətində belə bir halla rastlaşdığını etiraf edib: "Xəyanət sözü çoxlarına adi görsənsə də, əslində çox ağır və hər adamın qaldıracağı yük deyil.

Xəyanəti görəndən sonra insanlara güvənmək çətin olur. Bir dəfə o zərbəni alan adam inamsızlaşır. Həm dostluqda, həm də sevgidə mənə xəyanət edilib. Kiməsə bunu etdiyim yadıma gəlmir. Özümə rəva bilmədiyimi başqasına yaraşdırmaram.

Xəyanəti bağışlamaq olmur. Bağışlasan da, içindəki şübhələri heç vaxt unuda bilmirsən. O isə nə vaxtsa həyatında problem yaradacaq. Hərdən qadınların xəyanət etdiklərini eşidirik. Bu hərəkət bir yana, heç o kəlməni də qadınlara yaraşdırmıram. Qadın və xəyanət sözlərinin yan-yana hallanması belə pisdir”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri