Siyəzəndə minik maşını su kanalına düşüb, maşında olan 4 nəfərdən 2-si itkin düşüb

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Siyəzən rayon sakini Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb.
 
Sürücünün oğlu, 1997-ci il təvəllüdlü Siyəzən şəhər sakini Babayev Əlövsət və 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib.
 
Maşının sürücüsü və 1986-cı il təvəllüdlü sərnişin, Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Kanalın suyu qurudulub, axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri