Sumqayıtda iki aylıq körpənin oğurlanması faktını xüsusi qrup araşdıracaq
- 29.08.2014, 14:58,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, qrupa Sumqayıt şəhər Polis İdarəsinin dörd bölməsinin hər birindən iki əməkdaş cəlb olunub.
Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.
Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir.