Türkiyənin yeni hökumətinin tərkibi açıqlandı (SİYAHI)
- 29.08.2014, 23:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri və Baş nazirin səlahiyyətlərini icra edən Əhməd Davudoğlu hökumətin yeni tərkibini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, Ə.Davudoğlunun R.T.Ərdoğanla görüşü 45 dəqiqə davam edib.
Yeni - 62-ci hökumətin tərkibi:
Baş nazir - Əhməd Davudoğlu
Baş nazirin müavini - Əli Babacan
Baş nazirin müavini - Numan Kurtulmuş
Baş nazirin müavini - Bülənt Arınç
Baş nazirin müavini - Yalçın Akdoğan
Xarici işlər naziri - Mövlud Çavuşoğlu
Daxili işlər naziri - Əfkan Ala
Ədliyyə naziri - Bəkir Bozdağ
Avropa İttifaqı işləri naziri - Volkan Bozkır
Milli müdafiə naziri - İsmət Yılmaz
İqtisadiyyat naziri - Nihad Zeybəkçi
Maliyyə naziri - Mehmet Şimşək
Gömrük və ticarət naziri - Nurəddin Canıklı
Energetika və təbii ehtiyatlar naziri - Taner Yıldız
Nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Lütfi Əlvan
Kənd təsərrrüfatı, ərzaq və heyvandarlıq naziri - Mehdi Əkər
Səhiyyə naziri - Məhmət Müəzzinoğlu
Mədəniyyət və turizm naziri - Ömər Çelik
Milli təhsil naziri - Nabi Avcı
Elm, sənaye və texnologiya naziri - Fikri Işık
Gənclik və idman naziri - Akif Kılıç
Əmək və sosial təminat naziri - Faruk Çelik
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə
Ailə işləri və sosial siyasət naziri - Ayşənur İslam
İnkişaf naziri - Cevdet Yılmaz
Meşə və su təsərrüfatı naziri - Veysəl Əroğlu
Qeyd edək ki, yeni hökumətdə 5 yeni təyinat var: Numan Kurtulmuş və Yalçın Akdoğan Baş nazirin müavinləri, Volkan Bozkır Avropa İttifaqı işləri naziri, Nurəddin Canıklı gömrük və ticarət naziri, Mövlud Çavuşoğlu isə xarici işlər naziri təyin edilib.
Türkiyə Prezidentinin yaxın vaxtlarda yeni hökumətin tərkibini təsdiq edəcəyi gözlənilir.
Türkiyənin Baş naziri namizədliyi ölkə Prezidenti tərəfindən bəyənildikdən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq. Türkiyə Konstitusiyasına əsasən, Baş nazir 5 iş günü ərzində parlamentə hökumətin yeni tərkibini təqdim etməli, sentyabrın 6-da isə yeni hökumətə etimad məsələsi üzrə səs verməlidir.