Ağdaşda maşın velosipedlə hərəkət edən 8-ci sinif şagirdini vurub
- 29.08.2014, 23:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 17:30 radələrində Ləki-Xınaxlı avtomobil yolunun 8-ci kilometrliyində, Adab kəndi ərazisində qeydə alınıb. Rayonun Ağzıbir kənd sakini 1986-cı il təvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi 99-BF-932 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub. Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.