Bakıdan İstanbula külli miqdarda xarici valyuta aparmaq cəhdinin qarşısı alınıb
- 24.05.2013, 20:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıdan İstanbula külli miqdarda xarici valyuta aparmaq cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Mübariz Məmmədov Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlib. Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən M.Məmmədov üzərində və əl yükündə xarici valyutanın və digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin qeyri-səmimi olduğu və hərəkətləri şübhə doğurduğu üçün onun üzərində şəxsi yoxlama aparılıb və bu zaman M.Məmmədovun üzərində gömrük nəzarətindən gizlədilmiş 25 300 ABŞ dolları aşkar edilib.
M.Məmmədov külli miqdarda xarici valyutanı gizlətməsinin səbəbini İstanbulda həmin pulun oğurlana biləcəyindən ehtiyat etməsi ilə izah edib.