Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər qüvvəyə minib

Bu gündən etibarən Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər rəsmən qüvvəyə minib.%0üçün viza rüsumu 35 avro olacaq, lazımi sənədlərin sayı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün azaldılacaq.

Qeyd edək ki, readmissiya haqqında saziş Aİ ölkələrində qanunsuz yaşayan və deportasiya ediləcək Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.

Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə Aİ ölkələrinin ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqqında öhdəlik də rəsmi Bakının üzərinə qoyulur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri