BVF: Bu il Azərbaycanda iqtisadi artım 4,1%, gələn il isə 5,8% olacaq

BVF: Bu il Azərbaycanda iqtisadi artım 4,1%, gələn il isə 5,8% olacaq Bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin 4,1% təşkil edərək 77,236 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.


APA-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə dərc etdiyi yeni hesabatda bildirilir.



Hesabatda qeyd olunub ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatının 5,8% artaraq 88,694 mlrd. dollara çatacağı gözlənilir. Fond bu il Azərbaycanda qeyri-neft ÜDM-in 8,6% artaraq 45,801 mlrd. dollara, 2014-cü ildə isə 8,4% artaraq 53,964 mlrd. dollara çatacağını proqnozlaşdırır. Neft ÜDM-nin 2013-cü ildə 1,9% azalacağı, gələn il isə 2% artacağı gözlənilir.



«Cari il Azərbaycanda adambaşına düşən ÜDM-in 8 334 dollar, 2014-cü ildə isə 9 494 dollar təşkil edəcəyi gözlənilir», - deyə BVF-nin hesabatında bildirilir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri