Fransada yaşayış binası uçub, 2 nəfər ölüb

Fransanın Lill şəhərində ikimərtəbəli yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər 30 yaşlı qadının və onun 3 yaşlı qızının meyitini dağıntılar altından çıxarıb.

Binanın uçmasının dəqiq səbəbi bilinmir.

Xatırladaq ki, avqustun 31-də Paris yaxınlığında beşmərtəbəli yaşayış evinin qismən uçması nəticəsində 8 nəfər dağıntılar altında qalaraq ölmüşdü.
Şərhlər
Dünya bölməsinin xəbərləri