Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin vahid standart üzrə saytları yaradılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin vahid standart üzrə saytları yaradılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) APA-nın sorğusuna cavabında bildirilib ki, valideynlər və ictimaiyyət bu saytlar vasitəsilə məktəbin fəaliyyəti, müəllim kollektivi, keçirilən tədbirlər, bilik yarışları haqqında məlumat ala biləcəklər.

2015-ci ilin yanvar ayından etibarən isə BŞTİ-nin tabeliyində olan orta ümumtəhsil məktəblərinin I sinfinə qəbul elektron qaydada aparılması üzərində iş gedir. Belə ki, valideynlər övladlarının təhsil alacağı məktəbi xüsusi sayt vasitəsi ilə seçəcək və lazım olan sənədləri elektron qaydada yükləyəcəklər.

Bu il I sinfə getmək üçün 23 658 nəfər qeydiyyatdan keçib. Qeydiyyat davam etdiyi üçün sayın artması gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri