"Qarabağ"ın “Dnepr”lə səfər oyunu Kiyevdə keçiriləcək

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın "Dnepr"lə səfər matçının Kiyevdə keçiriləcəyi rəsmiləşib.

Trend-in Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, UEFA siyası gərginliklə əlaqədar sözügedən qarşılaşmanın Ukraynanın paytaxtında oynanılmasına qərar verib.

Qitənin ali futbol qurumunun qərarına əsasən, Avroliqada Ukraynanı təmsil edən "Dnepr" ev oyunlarını Kiyev, Xarkov "Metallist"i isə Lvov şəhəində keçirəcək.

Xatırladaq ki, "Qarabağ"ın "Dnepr"lə Bakıdakı oyunu oktyabrın 2-i, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri