Müğənni Roza Zərgərli bu dəfə özünü aparıcı kimi sınayacaq
- 03.09.2014, 22:28,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Roza Zərgərli bu dəfə özünü aparıcı kimi sınayacaq.
Live.az-ın məlumatına görə, ifaçı sentyabrın 15-dən ATV telekanalında “Bakı vaxtı ilə” verilişi ilə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi Azərbaycanın unudulmaz korifeylərini bir daha gündəmə gətirməkdir. Həftənin şənbə günləri yayımlanacaq proqramda mədəniyyətimizdə iz qoymuş sənətkarlardan danışılacaq. Verilişin ilk buraxılışı Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunacaq. Proqramda məhrum sənətkarın şəxsi həyatından tutmuş peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.
Qeyd edək ki, ilk verilişin qonaqları “Şöhrət” ordenli Arif Qazıyev, tarzən, xalq artisti Zamiq Əliyev, əməkdar artist Aybəniz Haşımova və Almaz Orucova olacaq.
“Bakı vaxtı ilə” verilişinin redaktor heyətində Tural Sevdimalıyev, Zabir Əliyev, Elnurə Nağıyeva yer alıb. Proqramın prodüseri Ataş Hüseyn, PR menecerləri Cavid Sayilov, Aytac Bayramzadə, direktoru isə Elşən Babayevdir. Layihə həm də ideya müəllifi olan Roza Zərgərlinin təqdimatında sunulacaq.