«Miss Globe International»da qalmaqal: Azərbaycan gözəlinə qarşı təxribat

«Miss Globe International»da qalmaqal: Azərbaycan gözəlinə qarşı təxribat "Mənim yerimə başqa bir xanım seçilib və adı sirr olaraq saxlanılır"


«Miss Globe International» gözəllik müsabiqəsinin Azərbaycan milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Şücai bu haqda sosial şəbəkədə məlumat verib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, bir neçə gün öncə mənə «Miss Globe International» gözəllik müsabiqəsindən uzaqlaşdırıldığım haqda məlumat verildi. Müsabiqənin təşkilatçısı “Z Company” şirkətinin rəhbəri Zamiq Yunisov səbəb olaraq bildirdi ki, daha öncə «Miss Globe International» gözəllik yarışmasının təşkilatı işləri ilə məşğul olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilmişəm. Ona görə də müsabiqədə iştirak edə bilmərəm. "Z-Company" şirkəti bu proyekti artıq bir aydan artıqdır öhdəliyinə götürüb. Lakin bu yalançı problem haqda mənə 5 gündür məlumat verilib. Şirkətin icraçı direktoru olan Pərviz Əzimzadə bildirdi ki, mənim yerimə başqa bir xanım seçilib və adı sirr olaraq saxlanılır.

Mən “Miss Globe Azərbaycan" adına 25.05.2014-cü il tarixində layiq görülmüşəm və "Miss Globe International" gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikat ilə təltif olunmuşam. Bu sertifikat "Miss Globe Azərbaycan" titulunun tək sahibinin mən Banu Şücai olduğumun ən əsas sübutudur”.


«Miss Globe International»da qalmaqal: Azərbaycan gözəlinə qarşı təxribat
«Miss Globe International»da qalmaqal: Azərbaycan gözəlinə qarşı təxribat
«Miss Globe International»da qalmaqal: Azərbaycan gözəlinə qarşı təxribat
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri