Prezidentlərin görüşündə kəskin bəyanatlar olacaq (VİDEO)

NATO-nun sammiti çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Con Kerri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

ANS TV-nin məlumatına görə, iyulun sonu, avqustun əvvəlində qoşunların təmas xəttində baş verən gərginlik fonunda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə təşkil olunan görüşündən sonra, münaqişənin həllində vasitəçilik edən digər həmsədr dövlət - Birləşmiş Ştatlar, bu dəfə Dağlıq Qarabağ probleminə diqqət çəkir.

Sammitdə iştirak edən Amerikalı həmsədr Ceyms Uorlik bildirib ki, görüşdə bizim ümumi dəyərlərimiz və hədəflər üzrə kəskin bəyanatlar gözlənilir.

Sammitə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ ötən gün ölkəmizdə səfərdə olarkən, Azərbaycanın mənafeyini hər yerdə müdafiə edəcəyini, o cümlədən NATO saamitində də bu məsələyə yer ayıracağını demişdi.

Dövlət televiziyasının məlumatına görə, prezident İlham Əliyev NATO baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşüb. Dövlət başçısı NATO zirvə görüşünə qatılıb.


Şərhlər
Siyasət bölməsinin xəbərləri