DİN Qaxda ölümlə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb
- 06.09.2014, 16:06,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaxda ağır yol qəzası baş verib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi "Rexton" və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.
Ş.Şirinov hadisə yerində ölüb, sərnişini - həmyerlisi Sahib Zeynalov, habelə R.Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Qax RPŞ tərəfindən araşdırma aparılır.