Müğənni Günay İbrahimli “Dəlisiyəm gecənin” klipindəki müzakirə mövzusuna səbəb olan çimərlik geyimindəki fotolarından danışıb.
Live.az-ın məlumatına görə, ifaçı “Onlar” verilişinə açıqlamasında bunları söyləyib:
““Dəlisiyəm gecənin” klipinə görə məni tənqid edənlər də, tərif yağdıran da oldu. Çox insan məni qınadı ki, bu mahnının çimərlik geyiminə nə aidiyyatı var. Məni tənqid edənlərə demək istəyirəm ki, dəniz kənarında palto, xalat geyinməli idim?
Çimərlikdə çimərlik geyimi geyinirəm, orada məni 300-500 nəfər görür. Sonra da efirdə görəndə qınayırlar.Qışda belə klip çəkdirsəydim, deyərdilər ki, başı xarab olub. Mən orada tərbiyəsiz bir şey etməmişəm. Evdə çimərlik geyiminə görə problem oldu, çıxıb Avropaya getdim, evdəkilər 15 gün üzümü görmədilər”.
İbrahimli sənətdə birinci olmağına çox iddialı olduğunu açıqlayıb:
“Bu il demək olar ki, elə də çox klip çəkilmədi. Yalnız Rəqsanənin, Röyanın da klipi işıq üzü gördü. Bu sənətdə birinci olmaq istəyirəm. Artıq 7 ildir oxuyuram. Ya bu sənətdə birinci olmalıyam, ya da oxumayacam. İndi mənim dövranımdır”.