Futbol matçlarında mübahisəli vəziyyətlər monitordan təkrar izlənməsi yolu ilə qərarlar verilə bilər

Futbol matçlarında mübahisəli vəziyyətlər üzrə qərarlar epizodun monitordan təkrar izlənməsi yolu ilə verilə bilər. Trend-in çərşənbə axşamı Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə FIFA prezidenti Yozef Blatter bildirib.

Onun sözlərinə görə, FIFA baş məşqçilərin hakim qərarlarına etiraz etməsinə və mübahisəli vəziyyətlərin monitordan izlənərək təkrar oynanılmasına imkan yaradacaq sistem üzərində çalışır.

Y.Blatter qeyd edib ki, yeni sistem ilk dəfə gələn il Yeni Zelandiyada keçiriləcək FIFA U-20 dünya çempionatında tətbiq edilə biləcək. O, tennisdəkinə bənzər sistem tətbiq etməyə hazırlaşdıqlarını deyib: "Baş məşqçinin hər hissədə 1 və ya 2 dəfə hakim qərarına etiraz haqqı olacaq. Ancaq bunu oyun dayandığı zaman edə biləcək. Etiraz edən baş məşqçi ilə hakim matçın yayım şirkətindən alınan görüntülərə monitordan baxacaq və hakim istəsə, qərarını dəyişə biləcək".
Şərhlər
İdman bölməsinin xəbərləri