Erməni olduğu deyilən müğənninin sənədləri yayıldı [Foto]
- 10.09.2014, 21:23,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Doğum haqqında şəhadətnamələrdə müğənninin və onun ailəsinin “erməni” olması ilə bağlı heç bir məlumat əks olunmayıb
Müğənni Natəvan Həbibinin xalq artisti Aygün Kazımova, Tolik və Zoriki ona “erməni” dediklərinə görə, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi maddəsi ilə məhkəməyə müraciət etməsi barədə xəbər vermişdik.
“Qafqazinfo” Natəvanın atası Muradov Şamil Paşa oğlu, anası Həbibova Nərgiz Ələkbər qızı, dayısı Həbibov Əhməd Ələkbər oğlu, əmisi Muradov Kamil Paşa oğlu, xalası Həbibova Nəcibə Ələkbər qızının doğum haqqında şəhadətnamələrini əldə edib. Doğum haqqında şəhadətnamələrdə müğənninin və onun ailəsinin “erməni” olması ilə bağlı heç bir məlumat əks olunmayıb.
Prodüser Tolik “Qafqazinfo”ya açıqlamasında müğənninin doğum haqqında sənədinin dəyişdirdiyini, sənədi 2014-cü ildə aldığını iddia etmişdi.
Qeyd edək ki, sənəddə Həbibinin doğum haqqında şəhadətnaməsinin verilmə tarixi 1984- cül il, yenilənmə tarixi 2014-cü il göstərilir. Sənədin yenilənməsi Türkmənistanda “Ümumi Sənəd Yenilənməsi Qanunu” ilə əlaqədardır.
Sözügedən sənədləri təqdim edirik: