Azərbaycan Prezidenti Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub
- 25.05.2013, 14:43,
- Siyasət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.
Bildirildi ki, parkda müasir şəlalə kompleksi yaradılmış, işıqlandırma sistemi qurulmuş, istirahət üçün lazımi şərait təmin edilmişdir.
Sonra Azərbaycan Prezidenti Dağüstü parkda tikilmiş İstiqlal Muzeyi ilə tanış oldu.
İstiqlal Muzeyi dövlətimizin başçısının 2011-ci il 2 avqust tarixli Sərəncamı əsasında tikilmişdir.
Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr etdi.
Məlumat verildi ki, Dağüstü parkda inşa olunmuş 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcəkdir. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.
Dövlətimizin başçısı kafedə yaradılmış şəraitlə maraqlandı, binadan ətrafı seyr etdi.