Bakıda avtomobil maneəyə çırpılıb, ölən və yaralananlar var
- 19.09.2014, 19:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda avtomobilin maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Kürdəxanı - Pirşağı şosesində 1989-cu il təvəllüdlü Ramin Əsədov “Saipa” markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb, R.Əsədov və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.