Bakı-Quba yolunda maşın aşıb, 5 nəfər xəsarət alıb
- 20.09.2014, 17:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün günorta saatlarında Bakı-Quba Rusiya federasiyası dövlət sərhədi yolunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza magistralın 93-cü km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
90 BP 208 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alan 1955-ci il təvəllüdlü Beleqsova Valentina Petrovna, 1988-ci il təvəllüdlü Hadıyeva Aynurə İlham qızı, 1956-cı il təvəllüdlü Səbirə Novruzova, 1978-ci il təvəllüdlü Nəcəfova Kəmalə Faiq qızı və 2003-cü il təvəllüdlü Həmidov Xanlar Elçin oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.