Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib

Bu gün saat 16:15 radələrində Azərbaycanın Şirvan Milli Parkı ərazisində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Trend-ə verdiyi məlumata görə, yanğın zamanı güclü külək səbəbindən alov qısa müddət ərzində ətraf ərazilərə də yayılmağa başlayıb.

ETSN-in və Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının səyləri nəticəsində saat 17:30 radələrində yanğın lokallaşdırılıb və tam olaraq söndürülüb. Yanğın nəticəsində parkın 3 hektara yaxın ərazisində ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri