"Freestyle motocross" şousunun iştirakçıları ilk məşqlərini etdilər

Bakıda ilk dəfə təşkil olunan “Freestyle motocross”un iştirakçıları bu gün göstəriləcək şounun ilk məşqini ediblər. Üç metrlik tramplində 10 metr hündürlüyə qalxaraq yüz kiloqramlıq motosikletlərini dəqiqliklə idarə edən rayderlər məharətləri ilə Bakı tamaşaçısını heyran ediblər.

Motofristaylın dünya ulduzları başgicəlləndirici dəlisov tryuklar edərək səmaya uçuşunu hər kəs həyəcan və alqışla qarşılayıblar.

Ekstremal idmanın bir növü sayılan “ Freestyle motocross”a qonşu Rusiya və İsveçdən bir, İtaliyadan isə 2 dünyaca məşhur rayder qatılıb.

Vanni Oder də italiyalı iştirakçılardan biridir. Bakıya ilk dəfə gəldiyini deyən Vanni Oder küləklər şəhərində paytaxt sakinlərinə möhtəşəm şou göstərəcəyindən əmindir: “Mən indi gördüm ki, Bakı küləkli şəhərdir. Külək isə biz rayderlər üçün bir az təhlükədir. Amma bu gün axşam külək olsa da belə, bu bizə problem olmayacaq. Biz şoumuzu göstərəcyik. Mən Bakıya nümayiş etdirəcəm ki, “Fristayl”şou nə deməkdir”.

Xatırladaq ki, “Freestyle motocross” aləmində ən möhtəşəm sayılan şouya bu gün Azadlıq meydanında saat 20.00-da start veriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri