Türkiyədə yol qəzasında dünyasını dəyişmiş azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib
- 28.09.2014, 13:45,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Uşak şəhərində baş vermiş avtomobil qəzasında dünyasını dəyişmiş azərbaycanlı tələbələrin cənazələri bu gün Bakıya gətirilib.
Bu barədə APA-ya «Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Tələbələrin cənazələri bu gün saat 17:00-da «AZAL»ın 076 saylı İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün Uşak şəhərində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov və Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov və Muğdat Talıblı isə yaralanıb.