AŞPA prezidenti Bakıya gəlib
- 26.05.2013, 02:10,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyon Azərbaycana rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava limanında ali qonağı Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qarşılayıb.
Səfər çərçivəsində Jan Klod Minyonun dövlət başçısı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Mayın 28-də yekunlaşacaq səfər çərçivəsində Azərbaycanla AŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.