İsmayıllıda maşın yoldan çıxaraq aşıb, ölən və xəsarət alan var
- 03.10.2014, 21:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsmayıllıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Muğanlı-İsmayıllı yolunun 23-cü kilometrliyində, İsmayıllının Zərgəran kəndində qeydə alınıb.
1963-cü il təvəllüdlü Bakı sakini Səbzəliyev Feyzi Yusif oğlunun idarə etdiyi 90 VB 375 dövlət nömrə nişanlı “Hyundai" markalı minik maşını yoldan çıxaraq dərəyə, meşə ərazisinə aşıb. Ağaclara çırpılan maşında olan Qəbələ rayon sakini, 1995-ci il təvəllüdlü Cəbiyeva Əfsanə dünyasını dəyişib. Sürücü Feyzi Səbzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.