İsmayıllıda mikroavtobus dərəyə aşıb, 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb
- 04.10.2014, 09:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Mingə kəndində "Ford" markalı mikroavtobusun idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü və 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıb, 2 nəfər ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və 2 cəsədi dərədən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:25-də başa çatıb.