Ukrayna prezidenti Dövlət Sərhəd Xidmətinin başçısını vəzifəsindən azad edib
- 07.10.2014, 07:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Pyotr Poroşenko Ukrayna Dövlət Sərhəd Xidmətinin başçısı Nikolay Litvini tutdüğü vəzifədən azad edib.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Poroşenko, həmçinin Xidmət rəhbərinin müavini, dövlət sərhəd mühafizəsi departamentinin direktoru Pavel Şişolini də vəzifəsindən kənarlaşdırıb.
2003-cü ildən Dövlət Sərhəd Xidmətinə rəhbərlik edən Nikolay Litvinin istefası ilə bağlı məlumat iyunun əvvəlində ortaya çıxsa da, o, vəzifəsində qalmışdı. Qeyd olunur ki, Litvin dəfələrlə Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə əlaqədar tənqid olunub.