Bakıda “V1 Challenge Azerbaijan” yarışının qalibləri məlum olub

Bu gün Bakı Kristal Zalında ilk dəfə Azərbaycanda “V1 Challenge Azerbaijan” yarışına yekun vurulub. APA-nın məlumatına görə, Fransa pilotu Antuan Huber finalda alman pilotu Harald Mülleri məğlub edərək qalib olub.

Azərbaycan pilotu Adil Axundov isə yarımfinala qədər yüksəlsə də, yarımfinalda Alman pilotu və Livan pilotuna məğlub olaraq yer tuta bilməyib.

Beləliklə, birinci yeri Fransa pilotu Antuan Huber, ikinci yeri Alman pilotu Harald Müller, üçüncü yeri isə Livanm pilotu Abdo Feqali tutub.

Hər üç yerin qalibi sonda mükafatlandırılıb.
Şərhlər
İdman bölməsinin xəbərləri