Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə müəyyən olunmuş qrafikə uyğun Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Keçirilən yoxlama zamanı şəxsi heyətin və döyüş texnikasının vəziyyətinə, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran döyüş tapşırıqlarının yerinə yetirilməsinə diqqət yönəldiləcək.

Plana əsasən, şəxsi heyətin, döyüş və avtomobil texnikasının, silah və sursatın, maddi-texniki təminat vasitələrinin yerdəyişməsinə hazırlıq, uzaq məsafəyə marş imkanları, hərtərəfli təminatı, sutkanın müxtəlif vaxtlarında və real iqlim şəraitində kolonlarla hərəkətdə qarşılıqlı əlaqə və idarəetmə bacarıqları, təyin olunmuş rayonlarda gizli yerləşmə, növbəti döyüş tapşırığının yerinə yetirilməsi üçün tam hazırlıq vəziyyətində olma imkanları yoxlanılacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri