Bakıda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib

Bakıda, Dənizkənarı bulvarda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.


APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1993-cü il təvəllüdlü bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.


Əməliyyat saat 04:37-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri