Hacıqabulda elektrik naqilin avtomobilin üzərinə düşməsi nəticəsində ər-arvad ölüb
- 19.10.2014, 00:52,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın verdiyi məlumata görə, Pirsaat qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən cərəyan onu vurub öldürüb. Bu zaman cərəyan maşında olan sürücünün yoldaşı 1960-cı il təvəllüdlü Seyranə Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə, qadın avtomobildə yanaraq ölüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.