11 yaşlı gəncəli prezidenti və birinci xanımı ad gününə dəvət etdi (FOTO)

11 yaşlı gəncəli prezidenti və birinci xanımı ad gününə dəvət etdi (FOTO) Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Gəncə səfərində maraqlı anlar yaşanıb. ANS-in məlumatına görə, oktyabrın 18-də baş tutan səfərdə Gəncənin Cavad Xan küçəsində olarkən dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət etdilər. Gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanan cütlük sakinlərin bir neçəsi ilə xatirə fotoları çəkdirib.

Sakinlərlə görüş zamanı valideynləri ilə birlikdə prezident və birinci xanımın görüşünə gələn 11 yaşlı bir uşaq onları öz ad gününə dəvət edib.

Balaca oğlan İlham Əliyev və Mehriban Əliyevanı görüncə onların yanına yaxınlaşıb. Mehriban xanım oğlanın başını sığallayaraq şəkil çəkdirməyi təklif edib. Sakinlərlə salamlaşıb hal-əhval tutan İlham Əliyev xanımının yanına qayıdaraq uşaqla birlikdə xatirə rəsmi çəkdiriblər.

Uşağın yaxınlıqda dayanan atası salamlaşdıqdan sonra oğlunu prezidentə təqdim edib: "Cənab prezident, oğlum bayaqdan Sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib."
Prezident İlham Əliyev uşağın yaşını soruşduqda, ata oğlunun beşinci sinifdə oxuduğunu bildirib. Bundan sonra onların mehriban dialoqları başlayıb:

Prezident İlham Əliyev: Adın nədir?
Uşaq: Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban Əliyeva: Sən də bizi çağır, gələk sənin ad gününə.
Prezident İlham Əliyev: Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?
Emin: 19 mart.
Prezident İlham Əliyev: Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.
Mehriban Əliyeva: Uğurlar sizə.


Şərhlər
Sosial bölməsinin xəbərləri