“ASAN xidmət”ə ən çox nə üçün müraciət edirlər?
- 18.03.2013, 14:30,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"ASAN xidmət"ə 60 gün ərzində 32754 vətəndaş müraciət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə 15 yanvar 2013-cü il tarixindən mart ayının 17-nə kimi (60 gün) 32754 vətəndaş müraciət edərək xidmətlərdən yararlanıb.
Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca fərqlənib.
Qeyd edək ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində pilot layihə çərçivəsində Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara 23 adda xidmət göstərir.