Məşhur cənubi afrikalı atlet Oskar Pistorius 5 illik həbs cəzasına məhkum edilib

Cənubi afrikalı atlet Oskar Pistorius 5 illik həbs cəzası alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əlil atletə həmçinin silahlı basqın və qanunsuz silah gəzdirdiyinə görə 3 illik şərti həbs cəzası verilib.

Hakim Tokozile Masipa O. Pistoriusun cəzasını ictimai işlərə göndərilməklə çəkəcəyi ilə bağlı iddiaları təkzib edib.

Xatırladaq ki, ötən ilin fevralın 14-də Riva Stinkamp adlı qadın idmançıya Valentin günündə hədiyyə etmək istəyərkən, O. Pistorius onun oğru olduğunu zənn edib və bir neçə dəfə atəş açıb. Nəticədə ağır yaralanan R. Stinkamp ölüb. Qətlin qəsdən törəldiyini sübut olunsaydı, əlil atlet 25 illik həbs cəzası alacaqdı.

Beynəlxalq Paralimpiya Komitəsinin nümayəndəsi Kreyq Spens bildirib ki, O. Pistorius vaxtından öncə azadlığa çıxsa belə, Rio de Janeyro-2016 Paralimpiya oyunlarına buraxılmayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri