Azərbaycanın xarici işlər naziri: “Almaniya mətbuatında dərc edilən məqalələr sifarişlidir”
- 23.10.2014, 15:32,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mətbuatında dərc edilən məqalələr isə sifarişlidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəzi qüvvələr Azərbaycanın inkişafına ikili standartla yanaşırlar: “Azərbaycan öz yolunu dəyişməyəcək və bu yolla davam edib daha güclü ölkə olacaq”.
Hazırda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini vurğulayan nazir deyib ki, bu, insan hüquqları baxımından önəmli institutdur: “Azərbaycan sədrliyi müddətində tək insan haqları deyil, anti-korrupsiya sahəsində də tədbirlər həyata keçirib”.