Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 10-12 dərəcə enəcək
- 23.10.2014, 19:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 25-i axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 26-da da küləkli hava şəraiti davam edəcək, xüsusilə, oktyabrın 25-dən 26-a keçən gecə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Oktyabrın 25-i gecəyə doğru və oktyabrın 26-da yağış yağacağı gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında gündüz 17-22 dərəcə isti olacağı halda, oktyabrın 26 və 27-də gündüz saatlarında havanın temperaturu 8-12 dərəcəyə enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 25-də axşam, 26-da isə gecə bəzi rayonlarda şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Oktyabrın 26-27-də Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 9-14, dağlarda isə 1-6 dərəcə isti olacaq.