Rusiya prezidenti ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib.

APA-nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, V. Putin “Valday” forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton dünyanı öz maraqlarına uyğun formalaşdırmağa çalışır.

Rusiya prezidenti ABŞ-ı ekstremist qrupları maliyyələşdirməkdə də günahlandırıb. “Tərəfdaşlarımız yenidən eyni səhvlərə yol verirlər. Bir zamanlar onlar Əfqanıstanda SSRİ-yə qarşı islamçı ekstremist qüvvələri maliyyələşdirirdilər. Elə bu səbəbdən “Taliban” və “Əl-Qaidə” yarandı”, -deyə o vurğulayıb.

V. Putin həmçinin Qərbin Rusiya və Orta Asiya ölkələrində baş qaldıran beynəlxalq terror təhdidlərinə göz yumduğunu deyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri