2017-ci ildə Azərbaycanda ilk dəfə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək

2017-ci ildə Azərbaycanda ilk dəfə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq 2017-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi Azərbaycan və Gürcüstanda keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından Trend-ə bildiriblər ki, bu qərar Antalyada keçirilən Avropa Voleybol Konfederasiyasının konqresində qəbul edilib.

Qərara əsasən, 1 qrup görüşlərini Gürcüstanın Tbilisi şəhərində, 1 qrup Azərbaycanın Quba şəhərində, 2 qrup isə Bakı şəhərində keçirəcək.

Qeyd edək ki, yarımfinal və final oyunları böyük yarışlara ev sahibliyi edən Bakı şəhərində keçiriləcək.

Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verib. Çıxış zamanı F.Qarayev qeyd edib ki, ölkə rəhbərimiz Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir və Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdır.

Səsvermə zamanı konqres iştirakçılarının demək olar ki, əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.
Şərhlər
İdman bölməsinin xəbərləri