Azərbaycanda türk serialına seçim başladı

Azərbaycanda türk serialına seçim başladı Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminə ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək. Layihənin mətbuat katibi Fuad Mədətovun ANS-ə verdiyi məlumata görə, Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin çəkilişlərinin seçim turlarına qeydiyyat dünəndən - 25 maydan etibarən başlayıb. Mayın 25-i və 26-ı ilə yanaşı, iyunun 1-i və 2-nə kimi qeydiyyat, iyunun 8, 9, 15, 16, 22 və 23 mərhələli sınaq turları keçiriləcək.

Seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqlar da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatılmasına ehtiyac var. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər.

Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq qeydiyyatın dəqiq vaxtı isə ictimaiyyətə ən azı 10 gün əvvəl məlumat veriləcək.

Məşhur aktyor Saruhan Hunel isə Bakıya filmin final seçim turlarında gələcək və münsif kimi qatılacağı seçim turlarında layiq bildiyi rola uyğun simaları təklif edəcək.

Məlumat üçün bildirək ki, “Acıtan yürek” filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.


Əlaqə telefonları: +994 55 3696749 \ +994 55 5222499
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri