Sərdar Ortac Bakıda konsert verdi
- 27.05.2013, 00:58,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış türkiyəli ulduz Sərdar Ortac növbəti dəfə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Buta Palace-da baş tutan konsertdə aparıcı kimi səhnədə ATV telekanalının populyar simalarından biri Nanə Ağamalıyeva görünüb.
Birinci hissədə azərbaycanlı müğənni Zarina Məmmədova ilə türkiyəli dj Uğur səhnəni bölüşüblər.
Ardınca izləyənləri Sərdar Ortac özü coşdurub. Nostalji və yeni hitlərini səsləndirən ulduz, sevənlərinə bu sözlərlə səslənib: “Azərbaycanı, Bakını çox sevirəm. Görüşünüzə birbaşa Amerikadan gəlirəm, yorğunluğum var idi, sizi gördüm, əhvalım düzəldi. Odur ki, gəlin birlikdə şənlənək”.
Konsertdə müğənnini 22 nəfərlik musiqiçi qrupu müşayiət edib.
Sərdar Ortac bu gün Naxçıvanda təşkil olunan xalq konsertində fəxri qonaq kimi səhnəyə çıxacaq.