İfaçısı Vüsalə Rəcova klipinə təqdimat keçirib
- 29.10.2014, 00:51,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə Rəcova bu gün "Sevməyi öyrədim" musiqisi Rəşad Bağırov, sözləri Vüsalə xanımın) adlı mahnısını və eyniadlı klipini təqdimata çıxardıb.
Teleaparıcı Şəhriyar Əbilovuntəqdimatı ilə klip və disk KİV-ə Vüsalə xanımın musiqiçi qonaqlarına təqdim edilib. Klipin mövzusu gündəmlə səslənir. Sevgilisinin telefonuna gələn bir mesaj onları bi-birindən ayırır. Kadrlarda sevdiyi insanı xatirələrdə xatırlayan Vüsalə xanım onu bağışlamır. Qeyd edək ki, kənan MM 5 illik fasilədən sonra klip yaradıcılığına Vüsalə xanımın təklifi ilə davam edib. Vüsalə Rəcovanın ilk klipini uzun zaman öncə ekranlaşdıran Kənan MM onun növbəti təklifi ilə öz qadağasına xitam verib. Xanım sənətçi ilə olan dostluğunu dəyərləndirərək, kamera arxasına keçib. Kadrları istedadlı operator Bəhruz Əliyev lentə köçürüb. Milli Konservatoriya nəzdində musiqi kollecinin məzunu olan Vüsalə xanım hazırda Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Bu camiyədə çalışan tanınmış xanəndələr və musiqiçilər Vüsalə xanımın təqdimat mərasiminə toplaşmışdılar. Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, Babək Niftəliyev, Təyyar Bayramov, Aşıq Zülifyə, Mirkamil Kamilov, Rövşən Əziz və digər tanınmışlar Vüsalə xanımın sənəti, təqdimatı çıxarılan klip və diski haqqında xoş sözlər ifadə etdilər.