Bakıda olan Zambiyanın idman naziri prezidentin qəfil ölümü ilə bağlı təcili ölkəsinə qayıdıb

Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edən Zambiyanın gənclər və idman naziri Kişimba Kambvili təcili ölkəsinə qayıdıb.

APA-nın məlumatına görə, bunu bu gün Gənclər Forumu çərçivəsində keçirilən paneldə Avropa Şurasının eksperti Hovard Villiamson bildirib.
 
Hovard Villiamson deyib ki, Zambiya prezidenti Maykl Çilufya Sata qəfil vəfat etdiyi üçün Kişimba Kambvili ölkəsinə qayıdıb. Bu səbəbdən panelə çıxışı nəzərdə tutulan Kişimba Kambvilinin əvəzində Zambiyanın Gənclər və İdman Nazirliyinin əməkdaşı çıxış edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri