Eurovision ulduzlarimız Fərid və Eldar uşaqlar üçün oxudular
- 27.05.2013, 01:34,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş böyük konsert proqramı keçirilib.
25 mayda reallaşan tədbirin aparıcısı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən və dünya ölkələrində olduğu kimi, o cümlədən Azərbaycanda da yüksək səviyyədə qeyd olunmağından danışıb.
Daha sonra bayram konsertinə start verildi. Konsertdə uşaqlara “Asiman” rəqs kollektivinin ifasında müxtəlif milli və müasir rəqslər, Şaolin və Bədii Qimnastika Federasiyaları təmsil edən idmançı uşaqların rəngarəng çıxışları, illüziya şousu təqdim olundu.
Xüsusilə, Azərbaycanın “Eurovision” təmsilçilərinin çıxışı uşaqların böyük marağına səbəb olub. “Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və eyni müsabiqədə bu il ikinci yer əldə etmiş Fərid Məmmədovun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Adəti üzrə bu bayram konsertinə də, Sarayın rəhbərliyi tərəfindən kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunub.
Heydər Əliyev Sarayında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş böyük konsert proqramı keçirilib