Səbinə Babayeva: Deyilənlər yalandır

Müğənni barəsində yayılan xəbərlərə açıqlama gətirib.

Bu gün müğənni Səbinə Babayevanın həyat yoldaşından ayrılması ilə bağlı xəbər yayılıb.

Müğənni yazılanların yalan olduğunu deyib:

“Yanlış xəbərdir. Yalandır”.

Qeyd edək ki, müğənni İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurub. Onların toyu 2012-ci il sentyabrın 26-da olub.

Müğənninin ayrılması ilə bağlı xəbəri vestiaz saytı yayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri