Bakıda "Baku World ChallBakıda "Baku World Challenge-2014" beynəlxalq yarışın qalibləri müəyyənləşibenge-2014" beynəlxalq yarışın qalibləri müəyyənləşib

Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan "Baku World Challenge-2014" üçüncü beynəlxalq yarışın qalibləri müəyyənləşib.

Yarışda peşəkarlar arasında birinci yeri Belgian Audi Club Team WRT (pilotlar Cezar Ramos və Lourent Vantur) komandası, ikinci - Böyük Britaniyadan Beechdean AMR (Conni Adam və Endi Soucek), üçüncü yeri isə Almaniyadan Phoenix Racing (pilotlar Niki Mayer və Markus Vinkelxoq) tutublar.

Qalib komandalar üçün baş mükafat fondu birinci yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir.

Yarışda Beynəlxalq Avtomobil İdmanı Federasiyasını təmsil edən 59 nəfər, 17 komandada 30 ali dərəcəli avtomobillə iştirak ediblər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3 və Corvette Z06 G.
Şərhlər
İdman bölməsinin xəbərləri