Çempionlar Liqasında IV turun oyunları keçirilib
- 05.11.2014, 18:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, IV turun qarşılaşmaları çərçivəsində 8 matç baş tutub
Bu oyunlar bəzi komandalar üçün həlledici xarakter daşıyıb.
Belə ki, 1/8 finala vəsiqə üçün 1 xal belə lazım olan B qrupunun lideri “Real” istəyinə çatıb. “Liverpul”u qəbul edən madridlilər 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında “Bazel” “Ludoqorets”ı darmadağın edib – 4:0.
C qrupunda isə “Benfika”nın Çempionlar Liqası taleyinə aydınlıq gələ bilərdi. Lakin portuqaliyalılar “Monako”nu minimal hesabla (1:0) üstələməyi bacarıb.
“Bayer” isə Sankt-Peterburqda “Zenit”i 1:2 hesabı ilə məğlub edib.
D qrupunda isə “Borussiya” 1/8 finala çıxıb. Dortmund klubu evdə “Qalatasaray”a yenə qalib gəlməyi bacarıb. Bununla da “Cim-Bom” ÇL-də növbəti mərhələyə keçmə şansını itirib.
“Arsenal” isə doğma publika önündə “Anderlext”in müqaviməti ilə üzləşib. Hərəyə 3 qol vuran komandalar meydanda sülh bağlayıb.
Çempionlar Liqası
IV tur
4 noyabr
A qrupu
“Yuventus" - “Olimpiakos” - 3:2
Qollar: Pirlo, 21, Ximenes, 65-avtoqol, Poqba, 66 - Botia, 24, Ndinqa, 61
“Malmö” - "Atletiko” - 0:2
Qollar: Koke, 30, Qarsiya, 29
B qrupu
“Real” - “Liverpul” - 1:0
Qol: Benzema, 27
“Bazel” - “Ludoqorets” - 4:0
Qollar: Embolo, 34, Qonzales, 41, Qaşi, 59, Sukki, 65
C qrupu
“Zenit” - “Bayer” - 1:2
Qollar: Rondon, 89 - Son Heunq-Min, 68; 73
“Benfika” - “Monako” - 1:0
Qol: Talisca, 82
D qrupu
“Arsenal” - “Anderlext” - 3:0
Qollar: Arteta, 25-pen, Sançes, 29, Oksleyd-Çemberlen, 58 - Vanden Borre, 61; 73-pen, Mitroviç, 90
“Borussiya” - “Qalatasaray” - 4:1
Qollar: Roys, 39, Papastatopulos, 56, İmmobile, 74, Semih, 85-avtoqol - H.Balta, 70